Köhnə nömrələrdən defisi silmək olar?
Xəbər verdiyimiz kimi, yeni qəbul edilmiş dövlət standartına əsasən, bundan sonra nəqliyyat vasitələrinə veriləcək dövlət qeydiyyat nişanlarında rəqəm və hərflər arasında istifadə olunan defis işarəsi tətbiq olunmayacaq.
BDYPİ-dən Operativ Media-ya bildirilib ki, hazırda vətəndaşların istifadə etdiyi, üzərində defis olan bütün dövlət qeydiyyat nişanları tam etibarlıdır, onların dəyişdirilməsinə və yenisi ilə əvəz olunmasına heç bir ehtiyac yoxdur.
Lakin sosial şəbəkələrdə edilən paylaşımlarda bəzi vətəndaşların nömrələrdən defisi silməsi halları müşahidə edilib.
Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin Təhlükəsizliyinin Təbliği və İctimai Qurumlarla Əlaqə şöbəsinin rəisi Rövşən Tağıyev məsələ ilə bağlı bildirib ki, köhnə nömrələrə müdaxilə edilməməlidir.